"Şuşa" adını dəyişdirib, "Buta" etdilər

Tural İbadlı Şou 23 yanvar 2022
0
"Bizə təklif etdilər ki, komandanın adı olan "Şuşa"nı dəyişək".
"NewsCafe" xəbər verir ki, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasov deyib.
O deyib ki, ikinci tura adlayan zaman Ruben Jaqinyan adlı şəxs onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirib. 
Nəticədə komandanın adı dəyişdirilərək "Buta” ilə əvəzlənib.
Bu addım isə, çox böyük səs-küyə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri bu addımı atanları qınayıb, ümumiyyətlə onların tədbirdən ayrılmalı olduqlarını bildiriblər.

Məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

@Demokrat.az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31