Anar Rzayev: “Azad edilən ərazilərə avtobus reysləri humanitar inteqrasiyada mühüm rol oynayacaq”

Tural İbadlı İnfrastruktur | Sosial 24 yanvar 2022
0
"Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq".
"NewsCafe" xəbər verir ki, bunu azad olunmuş ərazilərə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.
O bildirib ki, ilk olaraq Şuşaya 2 reys, Ağdama 2 reys, 4 reys isə Əhmədbəyliyə start verilib.
"Bütün marşrutlar üzrə biletlər satışdadır. Aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək.
Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək", - A. Rzayev qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31