Kamran Əliyev: “Ötən il rüşvət cinayətləri 2 dəfə artıb”

Tural İbadlı Əməliyyat-axtarış | Siyasət 24 yanvar 2022
0

“Ötən il Azərbaycanın rayon prokuorluqlarında vəzifə cinayətləri ilə bağlı bir sıra cinayət işi başlanılıb”.
"NewsCafe"nin xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, rüşvət alma və rüşvət vermə cinayətləri ötən illərə nisbətən 2021-ci ildə 2 dəfə artıb.
Baş prokurorun sözlərinə görə, 2021-ci ildə rayon prokurorluqlarında ümumilikdə 2061 cinayət işi açılıb. K.Əliyev vurğulayıb ki, rayon prokurorluqları 633 cinayət işinin istintaqını yekunlaşdıraraq məhkəməyə göndərib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31