MEDİA-nın icraçı direktoru: "Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir"

Tural İbadlı Daxili xəbərlər | Sosial 24 yanvar 2022
0
"Mediamız bu gün Zəfərlə bağlı faktları işıqlandırır, fədakarlıq göstərən şəxsləri ictimaiyyətə tanıdır. Amma bu proses çox təkmil olmalıdır".
"NewsCafe"nin xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.
O vurğulayıb ki, jurnalistlər Vətən müharibəsində böyük fədakarlıq göstəriblər: "Hətta onların arasında şəhid olanlar da oldu. Mediamız peşakar davranmalıdır. Eyni zamanda, media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalıdir. Çünki informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31