Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb

Tural İbadlı Qətl | Sosial 31 yanvar 2022
0
Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31