Azərbaycanda qanunsuz ovçuluğu təşviq edən sayt fəaliyyət göstərir

Tural İbadlı Ekologiya 11 fevral 2022
0
Azərbaycanda xarici və ərəb ovçuların ölkə ərazisində ova təşviqi ilə bağlı sayt fəaliyyət göstərir.
NewsCafe” xəbər verir ki, bu barədə Dayanıqlı Azərbaycan Naminə Milli Alyans (DANMA) məlumat yayıb.
Qeyd olunub ki, ölkədə ovçuluqda qanunların pozulmasını açıq şəkildə təşviq edən “Azerbaijan Professional Falconry Organizer” adlı quruma məxsus http://www.falconry.az/ internet saytı mövcuddur:
“İngilis və ərəb dillərdində olan saytın ana səhifəsində qurumun əsasən şahin ovunun təşkil etdiyi və əsasən ərəb ölkələrindən olan şəxslərə Azərbaycanda ov turizmi imkanlarını təklif etdiyi bildirilir. Saytda Azərbaycanın Qırmızı Kitabına daxil olan bəzgəkin (ingiliscə “little bustard”) ovlanması açıq şəkildə təklif edilir və hətta utanmadan həmin quşun fotoları da paylaşılır”.
“Sayt vasitəsilə xarici qonaqlara şahin ovu ilə yanaşı, digər ov növlərinin təşkil edilməsi təklif edilir. Bu isə bir daha təsdiq edir ki, ölkəmizə gələn xarici ovçuların hamısı şahinlərlə ov üçün lisenziya alır, amma gəlib burada odlu pul verib silah götürüb istədikləri şəkildə istədikləri növləri ovlayırlar. Saytda yer alan fotolara ornitoloq və digər peşəkar həmkarlarımız da nəzər saldı. Bəzgəklə yanaşı saytda yer alan şəkillərdə saysız-hesabsız bizquyruq ördəyi, anqut, Fitçi ördəyi, enlidimdik, Marek ördəyi, yaşılbaş, qaşqaldaq, boz qaz və kəklik görmək olar ki, bunlar Qırmızı Kitaba daxil olmasa da, ovlanmış quşların sayının icazə verilən ov limitindən olduqca çox olması şübhə doğurmur.
Məsələ artıq ölkəyə gələn turistləri cərimələməkdə deyil, buna şərait yaradan yerli şirkətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir.
Təbiətsevər olaraq, Azərbaycanda sistemli şəkildə bu işlə məşğul olan qurumlara nəzarətin gücləndirilməsini, Azərbaycanın biomüxtəliliyinə qarşı qətliam törədilməsini təşviq edən şirkətə qarşı tədbirlərin görülməsini və qorunan quş növünün ovlanmasını aşkar şəkildə təklif edən falconry.az saytının bağlanmasını tələb edirik” - DANMA-nın açıqlamasında bildirilib.










@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28