Bakıda yük maşınlarının bağladığı yollar açılıb

Tural İbadlı Daxili xəbərlər | Sosial 17 fevral 2022
0
Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb.
Bu barədə "NewsCafe"yə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, DYP tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib, yollar açılıb, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdıırlıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən icazə vərəqələrinin verilməsini tələb edirdilər. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranmışdı.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28