Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Tural İbadlı Daxili xəbərlər | Sosial 24 fevral 2022
0
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar qəbul edib.
"NewsCafe" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il mayın 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bu müddət 2022-ci ilin martın 1-də başa çatırdı.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28