Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 02 mart 2022
0
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib.
NewsCafe” xəbər verir ki, bunu Nikol Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.
“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, - Baş nazir vurğulayıb.
Xatırladaq ki, 2020-ci ilin 10 noyabrında ikinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb. 
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031