Ukraynadakı vəziyyət kiberdələduzluğa və kiberhücumlara necə təsir edir?

Tural İbadlı HiTech | Sosial 04 mart 2022
“Hazırda dünyada baş verən siyasi və qeyri-siyasi hadisələr, xüsusən də texnoloji məsələlər kiberhücumları artırır. Təbii ki, bu hücumların Azərbaycana da təsiri mümkünsüz deyil. Hakerlər yeni metodlar kəşf etməsi və bu metodları yoxlama üsulları heç də həmişə professional alınmır”.
"NewsCafe" xəbər verir ki, bunu “Report”a açıqlamasında son zamanlar dünyada artan kiber hücumları və onun Azərbaycana təsirini şərh edən İKT üzrə ekspert Elvin Abbasov deyib.
O, hesab edir ki, belə halların qarşısını almaq üçün ən son texnoloji həllərə malik olmaq lazımdır: “Həmçinin biz xaricdə tətbiq edilən metodların burada da tətbiq olunmasınınvə yerli hakerlərin də özünün işləyib hazırladığı metodların şahidi oluruq. Məhz Ukraynada gedən döyüşlər və bir sıra qlobal səbəblərdən dünya ölkələri arasında həm də kibermüharibə mövcuddur. Bu kontekstdə Azərbaycana da hücumlar qeydə alınır. Bu, həm dövlət portallarına hücumlar şəklində, həm də dövlət qurumları adından vətəndaşlara qarşı olan dələduzluqlar şəklində təzahür edir. Birmənalı olaraq demək olar ki, əgər dövlət adından vətəndaşlara hər hansə aldadıcı mesaj gedirsə, bu kiber dələduzluqdur. Amma belə bir hücum dövlətə qarşı olursa, bu kiber hücumdur.
Hazırda Azərbaycanda bununla əlaqəli proses dünyada gedən prosesin təzahürüdür. Digər sahələr kimi texnologiya sahəsinin də inkişafı kiber hücumlarla müşaiyət olunur və yaxud kiber dələduzluqla məşğul olan qruplaşmaların daha da aktivləşməsinə səbəb olur”.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031