Azərbaycan hökuməti gələn il Dünya Bankından borc almağı planlaşdırır

Tural İbadlı Maliyyə-Biznes | Sosial 23 dekabr 2019
0
Azərbaycan hökuməti gələn il Dünya Bankından borc almağı planlaşdırır
“Beynəlxalq maliyyə kredit təşkilatlarından kreditlərin cəlb edilməsi bir tərəfdən davam etdirilir, digər tərəfdən isə biz çalışırıq ki, bizim xarici borc üzrə qaytardığımız məbləğ hər il cəlb etdiyimiz borcdan aşağı olsun. Bunun nəticəsində biz qarşımıza qoyduğumuz məqsədə, xarici dövlət borcunun azaldılması məqsədimizə nail oluruq”.
NewsCafe” xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifovun sözlərinə görə, bunu ölkə prezidenti qarşıya vəzifə kimi qoyub:
“Beləliklə növbəti il də istisna olmayacaq. Bəzi beynəlxalq qurumlardan, əsasən Dünya Bankından borcların cəlb edilməsi nəzərdə tutulur. Artıq bizim bu təşkilatlarla razılığımız əldə edilib. Burada əsas məsələ Azərbaycanda məşğulluq imkanlarının yaradılması ilə bağlı layihənin həyata keçirilməsi ilə bağlıdır. Bu məsələdə Dünya Bankının təcrübəsindən, onların texniki biliklərindən istifadə olunacaq. Bu layihədə daha çox maliyyə vəsaitinin cəlb edilməsi deyil, beyin məhsullarının texniki ekspertizasının cəlb edilməsi məqsəd kimi qoyulub. Bununla bağlı kredit üzrə danışıqlar həyata keçirilməkdədir və növbəti ildə biz onun imzalanmasının şahidi olacağıq”.
Nazir elektron məhkəmə sistemi ilə bağlı layihənin də davam etdiriləcəyini açıqlayıb:
“Digər layihə də bizim məhkəmə sistemimizin elektronlaşdırılması layihəsidir. Bildiyiniz kimi bu layihənin ilkin mərhələsi artıq başa çatdırılıb. Bu layihə də Dünya Bankı ilə həyata keçirilib. Onun davam etdirlməsi də məqsədə uyğun hesab edilib və Dünya Bankından kreditin cəlb edilməsi nəzərdə tutulub”.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031