Vüqar Bayramov millət vəkilliyinə namizədliyini irəli sürüb

Tural İbadlı Parlament xəbərləri | Sosial 23 dekabr 2019
0
Vüqar Bayramov millət vəkilliyinə namizədliyini irəli sürüb
Tanınmış iqtisadçı-alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deputatlığa namizədliyini irəli sürüb.
"NewsCafe" xəbər verir ki, bu barədə o, özü şəxsi "Facebook" səhifəsində məlumat paylaşıb.
"Gələn il fervalın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli Seçki Dairəsindən müstəqil namizəd kimi iştirak etməyə qərar verdim. Bu məqsədlə dünən sənədlərimi seçki dairəsinə təqdim etdim.

Bu günədək qurucusu və rəhbəri olduğum İqtisadi və Sosial İnkişaf Mərkəzinin xətti və dəyərli iqtisadçı həmkarlarımın dəstəyi ilə hazırladığımız çoxsaylı təkliflər və iqtisadi mexanizmlər müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək icra olunub. Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm.
Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram".
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031