“Meydan Tv”nin keçmiş rəhbəri Emin Milli 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürən Nigar Arpadaraiyə dəstək ifadə edib.
"NewsCafe" xəbər verir ki, E.Milli sosial şəbəkələrdə yazdığı statusunda xanım namizədin qarşıdakı seçkilərdə qalib gələcəyinə inandığını bildirib:
“Uğurlar! Sən buna layiqsən! Sən bacaracaqsan!”-deyə Emin Milli əlavə edib.
Qeyd edək ki, eks-deputat, "Yaşıllar Hərəkatı"nın lideri Ceyhun Osmanlı da Nigar Arpadarainin namizədliyinin dəstəkləmişdi.
Əlavə edək ki, N.Arpadarai hazırda “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibidir.
Xatırladaq ki, hazırda həmin dairədən deputat Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Şəmsəddin Hacıyevdir.