Qasım Süleymaninin qızı gözlənilmədən İran Prezidentinə sual verdi - VİDEO

Tural İbadlı Xarici xəbərlər | Sosial 05 yanvar 2020
0
Qasım Süleymaninin qızı gözlənilmədən İran Prezidentinə sual verdi - VİDEO
İran prezidenti Həsən Ruhani İraqda öldürülən general Qasım Süleymaninin ailəsini ziyarət edib.
"NewsCafe" xəbər verir ki, İran televiziyalarının canlı yayımladığı ziyarətdə maraqlı anlar yaşanıb.
Süleymaninin qızı gözlənilmədən Ruhaniyə belə bir sual ünvanlayıb: "Atamın intiqamını kim alacaq?"
İran prezidentinin cavabı belə olub: "Hamısının intiqamını alacağıq, heç narahat olmayın!"
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.
İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
[media=https://youtu.be/9RcVAkbM4m8]
@Baku.Ws
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031