Prezident Yeni il gecəsi oxuyub, DJ-lik etdi - VİDEO

Tural İbadlı Maraqlı | Sosial 05 yanvar 2020
0
Prezident Yeni il gecəsi oxuyub, DJ-lik etdi - VİDEO
Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib.
"NewsCafe" xəbər verir ki, dekabrın 30-da Aşqabadın mərkəzi salonlarından birində təşkil edilən təntənəli tədbirdə prezident Qurbanqulu Berdıməhəmmədov şəxsən dicey pultu arxasına keçib və bir saat ərzində bayram konsertinə aparıcılıq edib.
Prezident növbə ilə öz treklərini səsləndirib, eyni zamanda zaldakılara dicey (DJ) qurğusunun necə işlədiyini, musiqiyə xüsusi effektlərin necə verildiyini izah edib.
Əlbətdə, bütün konsert boyu Türkmənistanın incəsənət xadimləri, xalq artistləri və yazıçıları, digər çıxış edənlər növbə ilə Arkadağa (Türkmənistanda prezidentin titullarından biri) öz minnətdarlıqlarını bildiriblər, dünyada ən sabit, ən firəvan ölkə qurduğu üçün ona təşəkkürlərini çatdırıblar. Müğənnilər isə Berdıməhəmmədovla onun müəllifi olduğu mahnıları duet oxuyublar.
Türkmənistandakı həmin Yeni il şənliyini təqdim edirik:
[media=https://www.youtube.com/watch?time_continue=2284&v=XBuucLyK5rw&feature=emb_title]
@Virtualaz.org
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031