Azərbaycan hökuməti BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri ilə müqavilə imzalayacaq

Tural İbadlı Maliyyə-Biznes | Sosial 09 yanvar 2020
0
Azərbaycan hökuməti BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri ilə müqavilə imzalayacaq
Azərbaycanda olan bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin icrası ilə əlaqədar Energetika Nazirliyi ilə Birləşmiş Ərəb ƏmirlikləriSəudiyyə Ərəbistanının şirkəti arasında icra müqavilələri imzalanacaq.
Məsələ ilə bağlı “NewsCafe”nin sualına cavabında Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib ki, adıçəkilən müqavilələr BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanın isə “Acwa Power” şirkətləri ilə imzalanacaq.
“Ümumilikdə 7 şirkətin qatıldığı seçim prosesi 3 mərhələdən ibarət olub. Ən əlverişli şərtləri təklif etdiklərinə görə, adıçəkilən şirkətlər seçilib. Bu müqavilələrdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələr - 440 MVt-lıq layihələrin icrası nəzərdə tutulub. Belə ki, “Masdar” şirkəti 200 MVt-lıq günəş, “Acwa Power” isə 240 MVt-lıq külək elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı layihənin icrasını həyata keçirəcək”, - Z.Əliyeva əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031