Hava limanına işləyən avtobusun dayanacaqlarının sayı artırılıb

Tural İbadlı İnfrastruktur | Sosial 09 yanvar 2020
0
Hava limanına işləyən avtobusun dayanacaqlarının sayı artırılıb
H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb.
Bu barədə “NewsCafe”yə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat ximdətindən məlumat verilib.
Məlumata görə, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib.
Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib. Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031