Daxili işlər naziri baş redaktoru qəbul edib dinlədi

Tural İbadlı Daxili xəbərlər | Sosial 13 yanvar 2020
0
Daxili işlər naziri baş redaktoru qəbul edib dinlədi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov "Criminal.az" saytının baş redaktoru, jurnalist Anar Məmmədovu qəbul edib.
"NewsCafe" xəbər veirr ki, bu barədə Anar Məmmədovun özü məlumat verib.
Jurnalist bildirib ki, nazir son günlər sosial şəbəkələrdə guya naməlum şəxslər tərəfindən “vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa “oliqarx” tərəfindən təşkil edilməsi barədə yayılmış məlumatlarla bağlı dinləyib.
Nazirə barəmdə sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda bu qəbildən olan olan məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim. Bildirdim ki, son zamanlar mütəmadi olaraq əsassız iddialarla məhkəmələrə cavabdeh qismində cəlb olunuram. Barəmdə bu qəbildən olan məlumatların əsassız iddia müəllifləri tərəfindən yayıla biləcəyini də istisna etmirəm. Bütün hallarda baş verənlərin peşə fəaliyyətimlə bağlı olduğunu Vilayət Eyvazovun diqqətinə çatdırdım. Məni diqqətlə dinlədi. Bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb.
Vurğuladı ki, müraciətimlə bağlı zəruri araşdırma aparılacaq. Nazir əlavə etdi ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. Daxili İşlər Nazirliyi MDB məkanında ən yüksək səviyyətə texniki təchizata malikdir. Bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi bizim üçün önəmlidir. Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin.
A.Məmmədov əlavə etdi ki, görüşdən sonra ona bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb.

@Demokrat.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031