Azərbaycan gəmilərindən birinə Xoşbəxt Yusifzadənin adı veriləcək

Tural İbadlı Daxili xəbərlər | Sosial 15 yanvar 2020
0
Azərbaycan gəmilərindən birinə Xoşbəxt Yusifzadənin adı veriləcək
Xəbər verdiyimiz kimi, yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.
"NewsCafe" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı mərasimdə çıxış edib. Prezident çıxışı zamanı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) müvafiq rapşırıq verib.
"Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, Gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin"-deyə ölkə başçısı əlavə esib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031