Xoşbəxt Yusifzadəyə “Vətənə xidmətə görə” ordeninin veriləcəyi tarix açıqlanıb

Tural İbadlı Daxili xəbərlər | Sosial 15 yanvar 2020
0
Xoşbəxt Yusifzadəyə “Vətənə xidmətə görə” ordeninin veriləcəyi tarix açıqlanıb
Xəbər verdiyimiz kimi, yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.
"NewsCafe" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı mərasimdə çıxış edib. Prezident İlham Əliyev çıxışı zamanı Xoşbəxt Yusifzadəyə yalnız “Vətənə xidmətə görə” ordeninin verilmədiyini açıqlayıb:
“Buraya gələrkən baxıb gördüm ki, Xoşbəxt müəllimdə Azərbaycanın yalnız “Vətənə xidmətə görə” ordeni yoxdur. Onu da saxlamışam 95 illik yubileyinə”.
Prezidentin bu təklifindən sonra Xoşbəxt Yusifzadə deyib ki, “İndi mən gərək yaşayam”.
“Həm yaşamaq, həm işləmək. İşlər çoxdur. Bir şeyi də bildirməliyəm, Xoşbəxt müəllimlə biz daim əlaqədəyik. Hər bir yeni kəşfiyyat quyusu qazılanda, yaxud da ki, hansısa bir quyuda yaxşı debit olanda, mənə birinci Xoşbəxt müəllim xəbər verir. Ona görə o, mənə zəng edəndə bilirəm ki, məni şad xəbərlə sevindirəcək”-deyə ölkə başçısı fikrini yekunlaşdırıb.
Sonra Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
Daha sonra Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Xoşbəxt Yusifzadəyə təqdim edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031