Xəstəxanaya yerləşdirilən direktor: "Bu məlumatı yayan hansı itdirsə, məndən əl çəkmir"

Tural İbadlı Elm-Təhsil | Sosial 16 yanvar 2020
Xəstəxanaya yerləşdirilən direktor: "Bu məlumatı yayan hansı itdirsə, məndən əl çəkmir"
Diplomu saxta olduğu üçün Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə işdən çıxarılan Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova xəstəxanaya yerləşdirilib.
"NewsCafe"nin xəbərinə görə, bu barədə X.Əzizovanın özü məlumat verib.
O, bildirib ki, başında problem yaranıb: "Başımı hiss etmirəm. Ona görə də Gəncə Mərkəzi Xəstəxanasına yerləşdirildim. Həkimlərin müayinəsindən sonra məlum oldu ki, beyinimdə qan dövranı çatışmazlığı var. Burada müalicəm bir nəticə verməsə, başqa xəstəxanaya müraciət etməyi düşünürəm".
Keçmiş məktəb direktoru diplomunun saxta olması ilə bağlı məsələyə də münasibət bildirib: "Bu məlumatı yayan hansı itdirsə, məndən əl çəkmir. Gördüm belə məlumatlar yayılır, qarşısını ala bilmirəm, əlacsız qalıb, ərizə yazıb, işdən çıxdım. Mən 11 ildir ki, direktor, 38 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Kirovabad Pedoqoji İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsini bitirmişəm".
@Unikal.org
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031