Məzahir Pənahov: "1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"

Tural İbadlı Parlament xəbərləri | Sosial 19 yanvar 2020
0
Məzahir Pənahov: "1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 431 nəfər müraciət edib.
"NewsCafe" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, müraciət edən şəxslərin 2 358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2 247 nəfər imza vərəqələrini artıq götürüb, 1 774 nəfəri imza vərəqələrini qaytarıb, 1 560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.
M.Pənahov əlavə edib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 22 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.
M.Pənahov bildirib ki, proses davam edir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031