Deputatlığa namizəd şəhid oğlu şəhidlərimizin xatirəsini anıb - FOTO

Tural İbadlı Parlament xəbərləri | Sosial 20 yanvar 2020
0
Deputatlığa namizəd şəhid oğlu şəhidlərimizin xatirəsini anıb - FOTO
Oruc İbrahimov ailə üzvləri və komandası ilə birlikdə 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət etdikdən sonra o, Milli Qəhrəmanlar Çingiz MustafayevSalatın Əsgərovanın qəbrlərini də ziyarət edərək gül dəstəsi qoyub.
Daha sonra o, atası Cavanşir İbrahimovun da adının həkk olunduğu Daşaltı şəhidlərinin xatirə lövhəsini ziyarət edib.
Qeyd edək ki, "AtaBank"ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüb O, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdəçalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.
Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrəmüxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir.


















Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031