Tanrıverdi Mustafayev: “28 may” qəsəbəsinin sakinləri tezliklə normal işıq üzü görəcəklər” - FOTO

Tural İbadlı Energetika | Sosial 22 yanvar 2020
0
Tanrıverdi Mustafayev: “28 may” qəsəbəsinin sakinləri tezliklə normal işıq üzü görəcəklər”  - FOTO
Azərişıq” ASC tərəfindən Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində istismara yararsız, kortəbii çəkilmiş naqillərin yenisi ilə əvəzlənməsi, son illərdə salınmış bir neçə qəsəbənin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir.
Bu barədə “NewsCafe”yə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T,Mustafayevin sözlərinə görə, bu işlər Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi daşıyır. Şəbəkənin yenidən qurulması üçün görülən işlər isə təhlükəsizlik normalarının tələb etdiyi kimi, bir sıra qəsəbələrdə növbə ilə elektrik təchizatının müvəqqəti dayandırılması ilə müşayiət olunur.
“Bildiyiniz kimi Xırdalan şəhəri və ətraf qəsəbələr son illər xeyli böyüyüb, yeni yaşayış massivləri salınıb. Lakin 2000-ci illərin əvvəllərindən başlayaraq yeni yaşayış massivlərinin salınması zamanı tikintilərin kortəbii aparılması, infrastrukturun olmadığı ərazilərdə evlərin tikilməsi orada məskunlaşan əhalinin elektrik enerjisi ilə təchizatını çətinləşdirib. Nəticədə Masazır, “28 May”, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, “Atyalı”, “Quşçuluq” və digər yaşayış massivlərində sakinlərin elektrik təchizatında illərdir problemlər hökm sürürdü. Bu ərazilərdə özbaşına elektrik xətləri çəkilib, bir çox hallarda yüksək gərginlikli xətlərin altında evlər tikilib. Bundan əlavə, xətlər həyətlərdən keçir və transformatorların ifrat yüklənməsi baş verir. “Azərişıq” ASC bütün ölkə boyu elektrik şəbəkəsinin yenidən qurulması proqramına uyğun olaraq bu ərazilərdə də ötən ildən başlayaraq genişmiqyaslı işlərə başlayıb”,-T.Mustafayev bildirib.
“Azərişıq” rəsmisinin sözlərinə görə, əməkdaşlar həmin ərazilərdə mürəkkəb şəraitdə işləyirlər. Çünki evlər bir-birinə çox yaxın tikilib, yollar darısqaldır və yüksək gərginlikli xətlərin, dayaqların yenilənməsi üçün texnikanın işləməsi çətinləşir. Buna baxmayaraq işlər yekunlaşmaq üzrədir.
“Aparılan yenidən qurma işlərinə görə bu qəsəbələrdə növbə ilə elektrik təchizatı dayandırılır. Biz vaxtaşırı olaraq bu barədə elanlar veririk. O cümlədən “28 may” qəsəbəsinin sakinlərini elektrik təchizatında yaranan məcburi fasilələrə görə xəbərdar edirik. Sakinlər nəzərə almalıdır ki, bu fasilələr onların elektrik enerjisi ilə normal təchizatı, yaşadıqları ərazilərdə şəbəkənin yenidən qurulması üçündür”,-T.Mustafayev deyib.
“Azərişıq” ASC görülən işlər çərçivəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Binəqədi rayonu, “28 may” qəsəbəsində, Hökməlidə və digər ərazilərdə yüksək gərginlikli hava xətlərini, transformatorları, dayaqları, istismara yararsız naqilləri yeniləyir. Hazırda bu ərazilərdə, o cümlədən “28 may” qəsəbəsində gərgin iş gedir, briqadalar işləyir.






















Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031