Azərbaycanın Türkiyədəki səfirliyində baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt” yaradılıb

Tural İbadlı Hadisə | Sosial 25 yanvar 2020
0
Azərbaycanın Türkiyədəki səfirliyində baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt” yaradılıb
Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı həmvətənlərimizə lazım olan dəstəyin göstərilməsi məqsədi ilə “qaynar xətt” yaradılıb.
"NewsCafe" xəbər verir ki, səfirlikdən “Report”un Türkiyə bürosuna verilən məlumata görə, hələ ki, “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.
Qeyd olunub ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.
Qaynar xətt: 00905526792565.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031