"Azərişıq" Güclü külək səbəbindən bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırıb - FOTO

Tural İbadlı Hadisə | Sosial 04 fevral 2020
0
"Azərişıq" Güclü külək səbəbindən bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırıb - FOTO
Güclü külək ölkənin Cənub bölgəsində bir sıra fəsadlar törədib. Bu barədə “NewsCafe”yə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub:
“Şimal bölgəsində də güclü külək yaranıb. Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində yaranan güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək”.




Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829