Rusiyanın məşhur bakılı xadimi pensiyasından danışıb

Tural İbadlı Maraqlı | Sosial 08 fevral 2020
0
Rusiyanın məşhur bakılı xadimi pensiyasından danışıb
Keçmiş SSRİ-nin və Rusiyanın teatr, kino rejissoru, teleaparıcı, aktyor, ictimai-siyasi xadim, eyni zamanda Azərbaycanın Xalq artisti Yuli Qusman təqaüdünün aşağı olmasından danışıb.
NewsCafe” xəbər verir ki, o, “Teleprogramm” portalına müsahibəsində pensiyasının məbləğinin televiziya aparıcısı Yelena Xanqanın təqaüdündən də az olduğunu bildirib.
Rejissorun sözlərinə görə, o dövlətdən alınan ödəmələrin məbləğini müzakirə etməyi sevmir.
"Mənim pensiyam hətta onun (Yelena Xanqa-red) pensiyasından da azdır. Amma mən pensiya mövzusu barədə heç vaxt heç kimlə danışmıram. Mən şikayət etməyi və narahat olmağı sevmirəm. Həmişə alternativ pensiya gəlirləri mənbələrini axtarıram. Dərs deməyi sevirəm. Nə vaxt ki alındı, tamaşa və filmləri səhnələşdirirəm”, - Qusman qeyd edib.
Daha əvvəl Yuli Qusman pensiyasının 23 min rubl olduğunu deyib.
Xatırladaq ki, Yuli Qusman 1943-cü ilin avqustunda Bakıda hərbi həkim ailəsində doğulub.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829