“SOCAR Polymer”dən pay alan holdinqin gəlirləri artıb

Maliyyə-Biznes | Sosial 22 fevral 2020
0
“SOCAR Polymer”dən pay alan holdinqin gəlirləri artıb
2019-cu ildə Türkiyənin “Tekfen” şirkətlər qrupunun gəlirləri 2018-ci ilə nisbətən 20% artaraq 14,603 milyard türk lirəsinə (təxminən 2,385 milyard ABŞ dolları) çatıb.
"NewsCafe" xarici mətbuata istinadən xəbər verir ki, Bunun isə 1,415 milyard lirəsi (0,131 milyard dollar) xalis mənfəət kimi holdinqin sərəncamında qalıb.
“Şirkətlər qrupumuz ötən il əsasən regional yatırımları artıraraq qlobal şirkət olmaq üçün addımlar atdı. Tikinti sektorundakı problemlərə baxmayaraq işlərimizin həcmini artıra bildik” - deyə, "Tekfen Holdinq"in İdarə Heyətinin sədri Murat Gigin bildirib.
Şirkətlər qrupunun ötən il Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Polymer" MMC-dən 10% pay aldığını qeyd edən M.Girgin bütün sahələrdə olduğu kimi neft-kimya sektorunda da davamlılıq prinsiplərinə uyğun olaraq yüksək səviyyədə fəaliyyət göstərəcəklərini bildirib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829