Suriyada 2 türk əsgəri həlak olub

Xarici xəbərlər | Sosial 27 fevral 2020
0


 

Suriyada Türkiyə hərbçilərinə hava hücumu olub.

"NewsCafe” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbələr nəticəsində 2 türk əsgəri həlak olub, daha 2 əsgər yaralanıb. Bildirilir ki, Suriyanın hökumət qüvvələrinə dərhal cavab atəşi açılıb. Nəticədə Suriyanın hökumət qüvvələrinin texnikası və canlı qüvvəsi məhv edilib. Cavab atəşi zamanı həmçinin qarşı tərəfin texnikası ələ keçirilib.

Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829