Təhlükə görsək, fövqəladə vəziyyət elan edilməsi üçün hökumətə müraciət edəcəyik

Tural İbadlı Səhiyyə | Sosial 16 mart 2020
0
“Ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır. Karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır. Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar rayonlardakı xəstəxanalardadır”.
"NewsCafe"nin “Report”a istinadən verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, bu, vəziyyətdən asılıdır:
“Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamağımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda vəziyyət elə deyil. Bizdə koronavirusla bağlı intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031