BNA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb

Tural İbadlı İnfrastruktur 24 mart 2020
0
Bakı Nəqliyyat Agentliyi (BNA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib. Bu barədə "NewsCafe"yə qurumun mətbuat xidmətindən məlumat verilib.
Həmçinin xüsusi rejimli xəstəxanalarda xidmət edən 120 nəfər tibb işçisinin ailələrinə 200 manatlıq hədiyyə kartı verilib. Bu kart vasitəsi ilə onlar "Bravo" supermarketlər şəbəkəsindən ərzaq və gündəlik təlabat mallarını ala bilərlər. 
 Məqsəd sağlamlıqlarını risk altına ataraq koronovirus (COVİD-19) yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənarda qalan tibb işçilərinə dəstək olmaqdır.  
Bakı Nəqliyyat Agentliyinin kollektivi bu günlərdə göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa görə tibb işçilərinə təşəkkürünü bildirir, onlarla həmrəy olduğumuzu ifadə edir.
Eyni zamanda bir daha vətəndaşlarımızı anlayış və məsuliyyət nümayiş etdirməyə dəvət edirik. Əminik ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031