Rusiyanın "Rubin" klubunun futbolçusu Dmitri Tarasov həyat yoldaşı Anastasiya Kostenkonun ad gününə "Porsche" markalı avtomobil hədiyyə edib.
"NewsCafe" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi hədiyyə fotosunu şəxsi "Instagram" səhifəsinin divarında yerləşdirib və "Xoşbəxt ol" yazıb.
Kostenko da fotonu "Instagram"ında yerləşdirərək "Təşəkkürlər Allahım, təşəkkürlər mənim ən əziz və sevimli ərim, qızlarım, anam və atam. Bilirəm ki, siz mənə görə çox xoşbəxtsiniz" şərhini qeyd edib.
Martın 29-da Tarasovun xanımının 26 yaşı tamam olub. Kostenko futbolçuya 2018-ci ilin yanvarında ərə gedib. Onların Milana və Yeva adlı iki qızları var.
Qeyd edək ki, Anastasiya Kostenko Dmitri Tarasovun üçüncü həyat yoldaşıdır. Rusiya millisinin sabiq futbolçusu daha əvvəl Oksana Ponomarenko və Olqa Buzova ilə evli olub. Tarasovun Ponomarenkodan Angelina adlı 11 yaşlı qızı var.
@Autocity.az