
"NewsCafe" Report-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu saçını daz edib. Təcrübəli forvard "Instagram" hesabında məşq görüntülərini paylaşıb.
Koronavirusa yoluxan Ronaldu paylaşımında "həyatdakı müvəffəqiyyət nə qazandığınızla deyil, keçdiyiniz maneələrlə ölçülür" yazısına da yer verib.
Qeyd edək ki, oktyabrın 13-də Kriştianu Ronalduda koronavirus aşkarlanıb. Bu səbəbdən Ronaldu ötən gün Ukraynanın paytaxtı Kiyevdə "Dinamo"nu Çempionlar Liqasının ilk tur matçında 2:0 hesabı ilə yenən "Yuventus"a yardımçı ola bilməyib.
