Zaur Qardaşov: "icazə.e-gov.az" portalından qeydiyyatdan keçən fərdi sahibkarların fəaliyyəti iflic vəziyyətinə düşüb"

Tural İbadlı Maliyyə-Biznes 07 aprel 2020
0
"Nəzərinizə çatdırmaq istərdik ki, İsmayıllı rayonunda kənd təsərrüfatı, qida, xidmət və digər sahələrdə fəaliyyət göstərən və karantin dövründə hərəkətinə portalda (icazə.e-gov.az) qeydiyyatdan keçməklə icazə verilən fərdi sahibkarların fəaliyyəti iflic vəziyyətinə düşüb, onlar faktiki olaraq "ASAN İmza" və "E-İmza"nın girovuna çevriliblər".
"NewsCafe" xəbər verir ki, bu barədə tanınmış ekspert, deputatlığa keçmiş namizəd Zaur Qardaşovun Elektron Hökumətin İnkişafı Mərkəzinə ünvanladığım məktubda qeyd edilir.
Z.Qardaşovun sözlərinə görə, adıçəkilən rayonda imzaların verilməsində boşluqlar var:
"Belə ki, rayonda fəaliyyət göstərən həm mobil operatorların nümayəndələri həm Azərpoçt hazırda mobil və elektron imza verə bilmir. Ehtimal edirəm ki, bu cür problemlə yüz minlərlə digər sahibkarlar da üzləşib.
Məlum olduğu kimi, gücləndirilmiş elektron imza vasitələri loqin vasitəsi deyil və əsasən hüquqi əhəmiyyətli sənədlərin şifrələnərək imzalanması, saxlanılması və göndərilməsini nəzərdə tutur. İcaze.e-gov.az saytında qeydiyyat prosedurundan da göründüyü kimi hazırda qeydiyyat imzalanma mərhələsinə çatmandan həyata keçirilir. Asan imza və Elektron imzanın təşviqi vacibdir ancaq bu karantin dövrünün işi deyil.
Bununla bağlı olaraq, vəziyyətdən çıxış yolu kimi, xahiş edirik sözügedən portalda fərdi sahibkarlar üçün müvafiq olaraq FİN-lə qeydiyyat funksiyasını aktivləşdirəsiniz" - deyə Zaur Qardaşov əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930