Elektron icazə portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir

Tural İbadlı Maliyyə-Biznes | Sosial 05 iyul 2020
0
Xəbər verdiyimiz kimi, bu gündən etibarən "icaze.e-gov.az" portalından alınan bütün elektron icazələr silinib.
NewsCafe” xəbər verir ki, bu “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə tətbiq edilən bir sıra yeniliklərlə bağlıdır.
Fəaliyyətinə icazə verilmiş bir sıra sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır.
ASAN Xidmət”in 108 çağrı mərkəzindən isə bildirilib ki, hazırda saytda texniki problem mövcuddur və saat 12:00-dək aradan qaldırılacaq.
Amma həmin saatdan sonra da problem mövcud olub. 108 çağrı mərkəzindən bildirildi ki, hazırda "icaze.e-gov.az" portalında yenidən texniki problem yaşanıb və onun aradan qaldırılması üçün müvafiq işlər görülür.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə açıqlamasında portalda heç bir texniki problemin olmadığını qeyd edib:
“Sistemdə problem yoxdur. Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənmələr var. Həmin şirkətlər, qurumlar bununla, xüsusi ilə də iş yerlərinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin yanında Operativ Qərargaha və İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər”.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031