İcra başçısının birinci müavini vəfat etdi

Tural İbadlı Daxili xəbərlər 13 aprel 2020
0
Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib. 
"NewsCafe"nin verdiyi xəbərə görə, 1956-cı il təvəllüdlü S. Abıyev uzun sürən xəstəlikdən sonra dünən vəfat edib. 
Qeyd edək ki, S. Abıyevin ailəsində təxminən 12 il öncə faciəvi hadisə baş vermişdi. S. Abıyev avtoqəzalarda 3 oğlu, gəlinini və nəvəsini itirmişdi. 
Belə ki, 2008-ci ilin oktyabrın 20-də baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu.
S. Abıyevin oğlu, 1984-cü il təvəllüdlü Abıyev Hüseyn yüksək sürətlə idarə etdiyi avtomobili Hacıqabul rayonu ərazisində aşırması nəticəsində sürücünün özü, qardaşı - 1989-cu il təvəllüdlü Cavid, qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abıyeva Validə Xəqani qızı və 2007-ci il təvəllüdlü Abıyeva Zeynəb Amid qızı hadisə yerində ölmüşdülər. 
2009-cu ilin avqustun 12-də isə Şirvanda baş verən avtomobil qəzasında bir il öncə vəfat etmiş uşağın atası, Samid Abıyevin üçüncü oğlu Amid Abıyev vəfat edib.
@Qafqazinfo
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930