Rövnəq Abdullayev: “Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR ilə əlaqələndirilməsi tam əsassız bir yalandır”

Tural İbadlı Daxili xəbərlər | Sosial 13 aprel 2020
0

Palmali” qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR ilə əlaqələndirilməsi, daha əvvəl açıqladığımız kimi, tam əsassız bir yalandır.

NewsCafe” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Mgtv” kanalına açıqlamasında bildirib.

“Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə cəhdimiz olmayıb və bunun mümkünlüyünə də inanmırıq. SOCAR Mübariz Mənsimovun özünün həbs edilməsinin marağında deyil və onun barəsində yaxın zamanda ədalətli hökm veriləcəyinə inanır”, - SOCAR-ın prezidenti vurğulayıb.

R. Abdullayev xatırladıb ki, “Palmali” qrupu SOCAR qrupuna qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə SOCAR 2018-ci ildə “Palmali” qrupuna qarşı Londonda və Dubayda arbitraj proseslərinə başlayıb.

Onun sözlərinə görə, proseslərin məqsədi “Palmali” qrupunun SOCAR-a və dolayısı ilə Azərbaycan dövlətinə olan yüzmilyonlarla borc öhdəliklərinin qaytarılmasıdır:

“Ümid edirik ki, Türkiyə Cümhuriyyətinin hüquq-mühafizə orqanları Mübariz Mənsimov barəsində yaxın zamanda ədalətli qərar verəcək”.

Açıqlamanı “5-ci qüvvət” proqramında kanalın aparıcısı Mustafa Gürbüz səsləndirib.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930