Azərbaycanlı hakim koronavirusa yoluxdu

Tural İbadlı Futbol | Sosial 16 aprel 2020
0
Türkiyədə Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirus testi müsbət nəticə verib.
"NewsCafe"nin "Report"a istinadən  verdiyi məlumata görə, gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkməsi səbəbindən yerli xəstəxanada tibbi müayinədən keçib. Evinə qayıtdıqdan sonra Məmmədova testinin pozitiv çıxdığını bildirərək, onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar.
Azərbaycanlı tələbənin otaq yoldaşlarının universitetlərdə tətil elan olunması səbəbindən Azərbaycana qayıtdıqları müəyyənləşib.
Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır. 
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930