Azərbaycanlı fotoqraflar koronavirusa yoluxdu

Tural İbadlı Səhiyyə 06 noyabr 2020
0

 Tanınmış fotoqraflar Əziz Elxanoğlu (Kərimov) və Roman Ağayev koronavirusa yoluxub.

Bu barədə “NewsCafe”yə Əziz Elxanoğlunun qardaşı Orxan Kərimov məlumat verilib.

Onun sözlərinə görə, 40 günə yaxındır cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirən fotoqraflarda bu gün testin nəticələri pozitiv çıxıb.

Bu səbəbdən də onlar xüsusi təcili tibbi yardım maşını ilə Bakıya yola salınıb.

Xatırladaq ki, Ə.Elxanoğlu AP və “Getty Image” agentliklərinin, R. Ağayev isə “AzərTac” Dövlət Agentliyinin fotoqrafıdır.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30