Azərbaycan dövləti və diasporunun pandemiya ilə mübarizədə transmilli mütəşəkkilliyi

Tural İbadlı Maraqlı 18 aprel 2020
0
Koronavirus pandemiyası (COVID-19) ilə toqquşma şəraitində Azərbaycan Respublikası xaricdə yaşayan vətəndaşlarına birmənalı olaraq sahib çıxması və bunun taleyüklü məsələ olduğunu sözdə yox, əməldə göstərməsi olduqca lazımlıdır və dövlətçilik baxımından mühüm xarakter daşıyır. Təbii ki, bu da dövlət təhlükəsizliyimizin tərkib hissəsi olaraq milli genefondumuzu - bütün vətəndaş və soydaşlarımızın mövqeyini qorudu və ölkənin beynəlxalq təhlükəsizlik üzrə indeksini yüksəltdi. Eyni zamanda, bu yöndə yanbayan olmağı bacarmaq - "dünya azərbaycanlıları"nın riyazi məntiqə söykənən unikal təxliyyə planı Azərbaycanın qlobal reytinqinə öz müsbət təsirini göstərdi. Ümumilikdə dünyanı həyacana gətirən və çıxılmaz vəziyyətə salan COVİD-19 ölkəmizdən də yan keçmədi və bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini diqtə etdi. Dövlət rəhbərliyi tərəfindən təhlükənin vaxtında müəyyən olunması və risklərin düzgün qiymətləndirilməsi sayəsində atılan addımlara görə Azərbaycan Respublikası haliyədə koronovirus pademiyasının ən ağır sınağına sinə gərən BMT-nin subyektləri srasında birincilərdəndir. Bəşəri təhlükə və təhdid olduğu üçün bu hadisə zamanı təkcə ölkə vətəndaşlarının deyil, bütövlükdə dünyada yaşan azərbaycanlıların mühafizə və müdafiəsi həyati vacib əhəmiyyət kəsb edirdi. Çünki milli təhlükəsizliyin hər üç komponenti - vətəndaş, cəmiyyət və dövlət amilləri ciddi zərbə ilə qarşı-qarşıya qalmışdı. Məhz bu situasiyaya çevik reaksiya verilməsi və sistemli yanaşmanın ortaya qoyulması Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinin müvəffəqiyyətlə getdiyini və idarəetmənin təkmil metodlarla yönəldildiyini ifadə etdi. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında bildirib ki, COVID-19 səbəbilə İşçi Qrupu yaradılıb, xaricdə qalan, orada təhsil alan şəxslərin maarifləndirilməsi davamlı olaraq aparılır. "Bugünədək 47 ölkədən 5104 müraciət daxil olub. 1942 nəfərinə yardımlar edilib. Əksər vətəndaşlarımız Azərbaycanda həyata keçirilən tədbiləri yüksək qiymətləndirib. İlk ölkələr sırasında Türkiyə, Rusiya, İtaliya, Fransa və s. göstərmək olar". Müvafiq rəqəmlər düşünməyə, yeni tələb və təhdidlərə hesablanmış kompleks tədbirlərin reallaşdırılmasını şərtləndirir. Baxmayaraq ki, bu dövr ərzində Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi öz Əsasnaməsindən irəli gələn "-xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər həyata keçirmək,..." və "-xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;" bəndlərindəki vəzifə və hüquqlarının məsuliyyətlə yerinə yetirməsini müşahidə etdik. Eyni vaxtda bir neçə istiqamətdə qənaətbəxş koordinasiya təşkil edilə bildi. Diaspor təşkilatlarının, cəmiyyətlərinin və şuralarının fəaliyyəti işlək mexanizm üzərində əlaqələndirildi. Real və virtual vasitələrdən maksimum səviyyədə yararlandı, qaynar telefon xətti açıldı və sosial şəbəkələr səfərbər olundu. Dövlət Komitəsi öz əsasnaməsini kompleks əhatələndirməyi, təkcə diaspor təşkilatlarını deyil, dünya azərbaycanlıları ilə iş apardığını ortaya qoydu. Hərçənd unutmayaq ki, belə fors-major hallar zamanı meydana çıxan problem və qazanılan təcrübə gələcək perspektivlərə yol açır - dərs vermiş olur! Məhz göründüyü kimi, indiyədək xaricdə yaşayan azərbaycanlıların peşə və mövqeyindən asılı olmayaraq bir mərkəzdən idarəolunması nəzəriyyə və praktika baxımından təqdirəlayiqdir. Bu xüsusda, qaçılmaz olan qarşıdakı çağırış və yeniliklərə daha səmərəli və sanballı cavab vermək üçün qeyd edilən təkliflər dəyərləndirilə bilər. DİDK-in nəzdində iki şöbə daxil olmaqla, Dünya azərbaycanlılarının əlaqələndirilməsi mərkəzinin yaradılması məqsədəuyğundur:
1. Xaricdəki azərbaycanlıların təhlükəsizliyi (təxliyyəsi) şöbəsi.
2. Xaricdəki azərbaycanlı mütəxəssislərin koordinasiyası (əməkdaşlığı) şöbəsi.
Gələcəkdə sözügedən mərkəz vasitəsilə baş verən dönüşə uyğun hərəkət iştirakçılarının mövcud cəmiyyətlərə repatriasiyası, adaptasiya və inteqrasiya proseslərində psixoloji pressinqdən qorumasına - bir sözlə, diasporun monolitliyini saxlamasına və xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin müştərək fəaliyyətə cəlb olunmasına və taktiki gedişlə Azərbaycana xidmətə sövq edilməsinə töhfə verə bilər.
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930