Dövlət Komitəsi dünyadakı əlaqə zəncirini möhkəmləndirdi

Tural İbadlı Maraqlı | Sosial 12 iyun 2020
0
(Diaspor Komitəsinin fəaliyyətində interaktiv və inküliziv metodların tətbiqi)

"Azərbaycan bütün dünya azərbaycanlılarının dayaq və cazibə mərkəzidir, onların ümid və məhəbbətlə baxdıqları müqəddəs yerdir.
...Azərbaycan dövlətinin vəzifəsi bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərmək, onların həyatı ilə maraqlanmaq və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icmaları arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir".
Diasporla İş üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası fonunda baş verən qlobal böhranın milli təhlükəsizliyimizə - xaricdəki vətəndaşlarımıza, soydaşlarımıza və həmvətənlərimizə yarada biləcəyi fəsadların qarşısını maksimum şəkildə qarşısının alınması istiqamətində var qüvvəsini səfərbər edə bildi.
Mübaliğəsiz qeyd etmək olar ki, COVID-19 ilə mübarizə şəraitində Dövlət Komitəsi barmaqla sayılacaq qurumlardan biridir ki, qısa zamanda mövcud vəziyyətə - real vaxt rejiminə uyğun fəaliyyətini təşkil etdi. Optimal idarəetmə üsulu nümayiş etdirərək örnək tədbirlər gerçəkləşdirdi.
Azərbaycan diasporu bütünlükdə xarici ölkələrdə yaşayan azərbaycanlıları əhatə edən məqsədyönlü və effektiv nəticə hasil etdi.
Bununla, diaspor təşkilatlarının mütəşəkkilliyi artdı və dünya azərbaycanlılar arasındakı halqalar böyüdü, əlaqə zənciri möhkəmləndi.
Situasiyaya hazırlıq səviyyəsi hər iki zümrənin Azərbaycan dövlətinə ümid və inamını artırmaqla yanaşı, hökumətə münasibəti birmənalı olaraq kökündən dəyişdi, neqativliyi aradan qaldıraraq pozitivliyə köklədi.
Soydaşlarımız və həmvətənlərimiz bəlkə də ilk dəfə fərq qoyulmadan ümumi xarakterli tədbirlərin həqiqiliyinin şahidi oldular.
Heç bir ayrı-seçkilik salmadan Dövlət Komitəsi hər bir soydaşımızın, hətta həmvətənlərimizin maddi və mənəvi tərəfdən yanında olmağı bacardı və Azərbaycan adlı böyük ailəni bu "məmnun edən xidmət" müfəssəl şəkildə təqdim edildi.
Hələ, 2008-ci ilin mart ayında Fuad Muradovun "Azərbayca Konqresi" qəzetinin xüsusi buraxılışına bildirdiyi münasibətin ştrix kodları diqqətimi çəkmişdir: "Biz çalışmalıyıq ki, bu təşkilatları (gənclər sektoru) maarifləndirərək koordinasiya işini quraq, bütün diaspor təşkilatları ilə əməkdaşlığa, birgə çalışmağa səy göstərək. Əminəm ki, bu istiqamətdə işlərimiz genişlənəcək.
... bizim arxamızda müstəqil Azərbaycan Respublikası durur".
Məhz müasir dövrün təkidli-tələbi əsas götürülərək intelektual və elektron idarəetməyə keçid, interaktiv və inkuliziv metodlar tətbiqinə start verilməsi bu sahənin kompleks inkişafına güclü təkan verəcəkdir.
Ən başlıcası bu ərəfədə açıq-aşkar aydın oldu ki, Azərbaycan diasporu, dünyada yaşayan azərbaycanlılar ilə bağlı müəyyənləşdirilən, formalaşdırılan və həyata keçirilən dövlət siyasətinin fəlsəfəsi və məntiqi ondan ibarətdir ki, ümmummilli maraq-mənafeləri culğalaşdırsın.
Çünki, indiki şəraitdə yaranan əksər diasporlar ya hökümət, ya da qrup maraq və mənafeyini təmsil edirlər. Yəni "forpost" və "maryanet" diaspor funksiyasını daşıyırlar.
Ətraflı baxsaq görərik ki, 18 ilə yaxın bir müddətdir Dövlət Komitəsi yaradılıb və fəaliyyət göstərir. Bu miqyasda birinci dəfə belə nailiyyət qazanıldı. Bu miqyasda böhranın ilk dəfə baş verməsinə baxmayaraq, öhdəsindən peşəkarcasına gəlindi.
Buna görə də səmimi şəkildə etiraf etməliyik ki, "Kadrlar hər şeyi olmasa da, çox şeyi həll edir".
 
(Fuad Muradov:
Təsadüfi deyildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin də əsas hədəflərindən biri soydaşlarımızın şəbəkələşməsinə nail olmaq, onların fəaliyyətini intensiv şəkildə əlaqələndirməkdir.
Əslində, diaspor təşkilatlarının və soydaşlarımızın birliyi dedikdə, ilk növbədə, milli maraqlar, azərbaycançılıq ideologiyası ətrafında virtual birlik nəzərdə tutulur. Virtual məkanda birliyi - şəbəkələşməni formalaşdırmadan fiziki birliyə də nail olmaq qeyri-mümkündür.)
Rəhbərin istəyi ilə fəaliyyəti üst-üstə düşürsə, komanda şəklində düzgün strategiya qura bilirsə, yekun nəticə effektiv və belə bir həssas sahədə ümumi işin xeyrinə olacaq, yəni, bütün milli məsələlər mənfi elektrik yükündən xilas ediləcək və öz gözlənilən müsbət həllini tapacaqdır.
Bir sözlə, vəhdət təşkil edilərək burada təkcə diaspor nümayəndələrinə yox, bütünlükdə azərbaycanlılara sözdə deyil, əməldə xidmətin şahidi olduq.
 
(Fuad Muradov:
"Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır".)
Azərbaycan diasporunun tarixi aspekdə ilk tədqiqatçılarından biri kimi, bu sahənin öyrənilməsi və tədqiq ilə yanaşı, yeni inkişaf tendensiyasının izlənilməsini özümə borc hesab edirəm.
Yeni dünyada Azərbaycan diasporuna dövlət dəstəyi nümunəvi hesab edilə bilər.
Böyük Heydər Əliyevin dəsti-xəttini davam etdirən Preziden İlham Əliyev ümummilli genefondu qorumaq və ümumdünyəvi gücə çevirmək məqsədilə bu sahəni gündəlikdə saxlayır.
Mövcud vəziyyət göstərdi ki, Dövlət başçısı İlham Əliyevin "Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir" - çağırışına vaxtı-vaxtında və doğru-düzgün cavab verildi.
Qısa zamanda qloballaşmanın yeni fazasına uyğun qarşılıq veriləcək idarəetmə mexanizmi formalaşdırılması, onlayn müracətlər qəbul edilməsi, məsləhətlər və məşvərətlərin sosial şəbəkələr vasitəsilə gerçəkləşdirilməsi və bu kimi planlı fəaliyyət yüksək qiymətə layiqdir.
Elektron resursların real imkanlarından potensial istifadə halları və dataizmə keçid dövrünə hazırlıq üsulları təqdirəlayiqdir.
Ümumilikdə iki istiqamətdə tədbirlərin həyaya keçirilməsini məqsədəmüvafiq hesab edirik:
 
1. Azərbaycan diasporunun "xüsusi məlumat bankı"nın yaradılması.
2. "Azərbaycan fan klubları"nın yaradılması.

Birinci, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci ildə imzaladığı "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU" icrasını təmin edərək, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılması
Azərbaycan Respublikasınıın müvafiq icra hakimiyyəti orqanı xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini və qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir." maddəsinin işlək mexanizminin qurulmasına gətirib çıxaracaq.
İkincisi, yeni metodologiyanın tətbiq edilməsi ilə fərqli aspekdən yanaşaraq beynəlxalq təcrübədə artıq geniş yer alan "fan klub" layihələri vasitəsilə Azərbaycan lobbiçiliyinin "yumşaq güc" ilə həyata keçirilməsi nail olunması. Əsasən, yeniyetmə və gənclərinin təşfiq edilməsi ilə könüllü şəbəkələr Azərbaycan, dilini, tarixi, mədəniyyətini, mətbəxi və s. yemeklerini daha effektiv təbliğ edə bilərlər.
Sonda bunu ifadə edirəm ki, Baş diasporçu Fuad Muradovun rəhbərliyi ilə dünya azərbaycanlılarının palitrasınındakı mümkün rənglərdən maksimum istifadə edilərək Azərbaycan diasporunun şanlı tablosu ərsəyə gətiriləcəkdir.
 
Qeyd:
Xalq qəzetinin 2019-cu il, 24 aprel tarixli, 88-ci nömrəsində
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin - "Qloballaşmanın müasir istiqamətləri və bunun diaspor fəaliyyətinə təsiri" adlı məqaləsində Fuad Muradovun diasporla işə yeni baxış bucağından baxması və dünyəvi maştabda yanaşaraq Böyük Heydər Əliyevdən zamanı qabaqlayan bir tərzdə sitat gətirməsi diqqətimi çəkmişdir:
"Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür".
Bu xüsusda, COVİD-19 ilə mübarizə şəraitində oprativ və obyektiv üsullarla Azərbaycan diasporunun statik yükü nəzər-diqqətə alınaraq, virtuallaşma, şəbəkələşmə və onlayn koordinasiya prosesində qənaətbəxş şəkildə təmin olundu.
 
Umarıq ki, bundan sonra da bu milli koloritli dövlət əhəmiyyətli strateji sahəyə institusional yanaşma və bütün parametrlər nəzər-diqqətə alınmaqla yüksələn xətlə kompleks inkişafı hər bir vəchlə davamlı xarakter alacaqdır.

 YƏHYA  BABANLI
Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930