Yaxşılıq etmək üçün böyüməyi gözləməyən uşaqlar

Tural İbadlı Maraqlı 19 aprel 2020
0
Yaşadığımız bu günlər yalnız dünya iqtisadiyyatı və səhiyyə sistemi üçün deyil, həmçinin insanlıq üçün də ağır sınaq günləridir.
Ölkəmizdə keçirilən çoxsaylı yardım kampaniyaları xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirməklə bərabər, həm də uşaqlar, yeniyetmələr üçün əsl insanlıq nümunəsi olur.
"NewsCafe" xəbər verir ki, Bakı şəhəri 27 saylı Orta Məktəbin 8-ci sinif şagirdləri də yardım aksiyalarına öz töhfələrini veriblər. Belə ki, adıçəkilən məktəbin 8ç sinif şagirdi Rəvan Qasım oğlu Şiriyev dostları Y. Ağayev, N. Azimbəyova, H.Abbasov, R. Abilova, N. Şiriyeva ilə birlikdə çətin izolyasiya günlərində işsiz və imkansız ailələrə yardım kampaniyası başladıb.
Bakı şəhəri 27 saylı Orta Məktəbin rəhbərliyi onların bu hərəkətindən qürur duyduqlarını açıqlayıb:
R.Şiriyev A. Burgessin “Yaxşılıq bir seçimdir. Bir insan yaxşılığı seçməsə, insanlıqdan çıxar” devizinə qoşularaq dostları Y. Ağayev, N. Azimbəyova, H.Abbasov, R. Abilova, N. Şiriyeva ilə birlikdə çətin izolyasiya günlərində işsiz və imkansız ailələrə yardım kampaniyası başladıb.
Rəvana və dostlarına bir məktəbli üçün böyük təşəbbüs sayılacaq bu işində məktəbimiz adından uğurlar diləyirik".

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930