Azərbaycanda internet çöküb

Tural İbadlı HiTech | Sosial 21 aprel 2020
Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra şəhər və rayonlarının internetlə təchizatında çətinliklər yaranıb. 
"NewsCafe"nin əldə etdiyi məlumata görə, ölkəyə xaricdən interneti gətirən ana provayderlər problemlə üzləşiblər. 
“Çətinlik bütün internet kanallarında deyil, əsasən yüklü kanallarda qeydə alınıb. Hazırda yaranmış fasilənin səbəbi araşdırılır. İlkin ehtimala görə, Rusiya üzərindən ölkəmizə daxil olan internet kanalında problem var. Ümid edirik ki, qısa zaman ərzində problem həll ediləcək”, - İKT sektorundakı mənbə bildirib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930