Samirə Musayeva: "Sahibkarlara ayrılmış vəsaitin 40%-nə qədər ödəniş edilib"

Tural İbadlı Maliyyə-Biznes | Sosial 22 aprel 2020
0
Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar fərdi (mikro) sahibkarlara verilməsi nəzərdə tutulan 80 milyon manatlıq dəstək tədbiri üzrə bu günə qədər 44 mindən çox iş adamına 32 milyon manatdan çox (ayrılmış vəsaitin təxminən 40%-i qədər) ödəniş edilib. 
NewsCafe” xəbər verir ki, bu barədə AzTV-nin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib. 
Onun sözlərinə görə, pandemiyanın zərər vurduğu iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilər üçün nəzərdə tutulmuş 215 milyon manatlıq dəstək tədbiri də reallaşdırılmaqdadır: "Artıq 15 mindən çox sahibkarın 147 924 nəfər işçisi üzrə 33 milyon manatdan çox (ayrılmış vəsaitin təxminən 16%-i qədər) ödəniş edilib".
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930