Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi

Tural İbadlı Məhkəmə | Sosial 23 aprel 2020
0
Bu gün Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb.
"NeüsCafe"nin "Report"a istinadən verdiyi xəbərə görə, Plenum qərar verib. Qərara əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Qərara əsasən, İlqar Məmmədova qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya da təyin edilib.Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, vaxtından əvvəl azad edilib və cəzası şərti hesab edilib.
Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Ai Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı cəzanı dəyişdirib və şərti cəza ləğv edilib.
Belə ki, İ.Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət də çəkilmiş hesab olunub.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930