Məhkəmə Rəsul Cəfərova bəraət verdi

Tural İbadlı Məhkəmə 23 aprel 2020
0
Bu gün Ali Məhkəmənin Plenumunda hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb.
"NewsCafe"nin xəbərinə görə, Plenum qərar verib.
Qərara əsasən, Ali Məhkəmənin Plenumu yeni açılmış hallarla bağlı Rəsul Cəfərovun barəsində qəbul edilən məhkəmə qərarlarını ləğv edərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57 400 manat kompensasiya təyin edib.
Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ildə QHT-lərə qarşı cinayət işi üzrə həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb. Hüquq müdafiəçisi 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930