"Azərişıq"dan smart-kartlara 10 manatlıq hədiyyə ilə bağlı açıqlama

Tural İbadlı Energetika | Sosial 26 aprel 2020
0
"Elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir, bu məlumat tamamilə yanlışdır".
"NewsCafe" xəbər verir ki, bunu açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verərək elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edildiyini bildiriblər. Bu gün xüsusən bölgələrdə ödəniş terminallarının qarşısında smart-kartlarını yükləmək istəyən insanların növbəsi müşahidə olunub.
Xatırladaq ki, dünən gecə saatlarından qazla bağlı da smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlanıb. "Azəriqaz” İstehsalat Birliyi bu məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb.
@APA
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930