
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev "NewsCafe"yə deyib ki, adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.
“Cənab Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsivə dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalayıb. Sərəncam əsasında “Azərişığ”ın başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müassir elektrik enerji sistemi qurulub”, - deyə o bildirib.
Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalın böyük hissəsini “Azərişıq” əməkdaşları əllə daşıyıb.