Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır

Tural İbadlı Qətl 26 may 2020
0
Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb.
NewsCafe”nin xəbərinə görə, yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər.
Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.
Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin görüntülərdəki hadisələr araşdırılacaq.

Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031