Azərbaycan Mərkəzi Bankı bəzi banklarla iş aparmağa başlayıb

Maliyyə-Biznes | Sosial 01 iyun 2020
0

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb.

“NewsCafe” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

“Həmin banklar sağlam banklardır, öhdəliklərini yerinə yetirirlər. Onların adekvatlığı yüksəkdir, sadəcə məcmu kapitalları müəyyən edilmiş tələbdən aşağıdır. Bu ilin sonuna qədər həmin bankların nizamnamə kapitallarının (dolayısı ilə məcmu kapitallarının) artırılması istiqamətində iş aparırıq”, - o qeyd edib.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930